Ərdoğanla Zelenski ilə də danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

 

Bildirilir ki, telefon söhbəti zamanı Rusiya-Ukrayna böhranı ilə bağlı son vəziyyət müzakirə olunub.

 

Prezident Ərdoğan Ukrayna ilə Rusiya arasında danışıqların davam etdirilməsi üçün hər cür səy göstərdiklərini və bundan sonra vasitəçilik də daxil olmaqla lazımi dəstəyi verməyə hazır olduqlarını bildirib.

 

Türkiyə Prezidenti Ukrayna kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün təhlükəsiz dəhliz yaradılması layihəsinə xüsusi əhəmiyyət verdiyini bildirib.

 

Qeyd edilib ki, Türkiyə tərəflərin və Birləşmiş Millətlər Təşkilatının iştirakı ilə yaradılacaq İdarəetmə Mərkəzində iştiraka, eləcə də mərkəzin İstanbulda keçirilməsinə prinsipial olaraq müsbət yanaşır.


Xatırladaq ki, Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı aparıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.