Beynəlxalq Bakı Enerji Həftəsi - AZƏRBAYCAN PREZİDENTİ AÇILIŞ MƏRASİMİNDƏ ÇIXIŞ EDİB
YENİLƏNİB

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilir.

 

Senzor.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

 

Dövlətimizin başçısı açılış mərasimində çıxış edib. 

**09:00


Bu gündən paytaxtda beynəlxalq Bakı Enerji Həftəsi (1-4 iyun) öz işinə başlayır.

 

Senzor.az bildirir ki, Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbiri 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgiləri və Bakı Enerji Forumundan ibarətdir.

 

Sərgilərdə və forumda 30 ölkədən 249 şirkət iştirak edəcək. Onlar arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan var.

 

Tədbirə ənənəvi olaraq Energetika Nazirliyi və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) dəstək verirlər. Sponsorların tərkibində sanballı şirkətlərin olması da onun əhəmiyyətinə diqqət çəkir. Sərgi Bakı Ekspo Mərkəzində baş tutacaq.

 

Builki forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edəcək. Forumun proqramına yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli işgüzar görüşləri daxildir. Tədbirdə Azərbaycan, Bolqarıstan, Rumıniya energetika nazirlərinin, Moldova və Serbiyanın baş nazir müavinlərinin, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibinin, ABŞ-ın enerji ehtiyatları bürosunun və Avropa komissiyasının nümayəndələrinin, SOCAR, bp, TPAO, "Equinor", "Uniper", "Tenaris", "TotalEnergies", "Masdar", "ACWA Power" və digər şirkətlərin rəhbərlərinin məruzə ilə çıxışı gözlənilir.

 

Daha bir mühüm yenilik isə ondan ibarətdir ki, foruma işğaldan azad edilmiş ərazilərdə yekun vurulacaq. İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.