HAVELSAN şirkəti Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı Araşdırma Mərkəzi Komandanlığı ilə birlikdə hazırladıqları “Advent” Döyüş İdarəetmə Sistemini (SYS) Azərbaycanın yeni inşa edilən dəniz patrul gəmilərində istifadə etməyi hədəfləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Nacar deyib.
O, danışıqları yekunlaşdıqlarını və Türkiyədə istifadə olunan sistemləri nümayiş etdirdiklərini bildirib: "Mövcud gəmilərin modernləşdirilməsi üçün danışıqlar aparırıq. “Advent” ilə Azərbaycanın Hərbi Dəniz Qüvvələri müasir və üstün döyüş idarəetmə sisteminə sahib olacaq”.
Nacar bu il Azərbaycan üçün ixrac və biznesin inkişafı fəaliyyətlərinin daha da intensivləşəcəyini bildirib: "İllərdir Türkiyə Silahlı Qüvvələrinə təqdim etdiyimiz yüksək texnologiyalı məhsul və həllərimizi dost və qardaş ölkə Azərbaycanın müvafiq qurumlarının xidmətinə təqdim etmək istəyirik”.