Qazilərdən əlilliklə bağlı etiraz - NAZİRLİK-dən AÇIQLAMA VERİLDİ

"Qarabağ qazilərinin və şəhid ailələrinin sosial təminatı daim diqqətdə saxlanılır. Qazilər mütəmadi olaraq Nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilir. Bu gün də onların əlilliklə bağlı müraciətləri olub".

 

Senzor.az bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov nazirliyin qarşısında etiraz edən qazilərlə görüşü zamanı deyib.

 

Onun sözlərinə görə, onların sağlamlıq vəziyyəti əlilik təyinatına əsas vermir: "Əgər sizin sağlamlıq vəziyyətiniz əlillik təyinatına imkan vermirsə, burada qanundankənar hər hansı addım atmaq mümkün deyil. Bununla belə, hər bir müraciət qeydə alınacaq, araşdırılacaq və məlumat veriləcək. Qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Onların problemləri mütəmadi şəkildə həll olunur. Vəziyyət araşdırılacaq. Həmin şəxslər birinci növbədə hərbi həkim komissiyasına müraciət etməlidirlər. Bu komissiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bunun müharibə ilə əlaqədar olub-olmadığı müəyyən edilir. Daha sonra İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən müvafiq şəkildə “forma 88” sənədi rəsmiləşdirilir. Son olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin sənədlər əsasında əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul edir".

 

Qeyd olunub ki, bu gün Nazirliyə müraciət edən bir qrup müharibə iştirakçısını qurumun rəhbər vəzifəli şəxsləri diqqətlə dinləyib: "Onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək. Qəbul zamanı bildirilib ki, Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti qurumlarla birgə işləri davam etdirilir. Həmin hərbçilərdən artıq 3 000-nə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər təyin edilib.

 

Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin edilir. Gələnlərin bir çoxunun da əlilliyi daha öncədən təyin edilib. Bundan başqa, müraciət edən müharibə iştirakçılarından bəziləri Nazirliyin qəbul şöbəsində təhdidedici hərəkətlər edərək, buradakı kompüter avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əlaqədar da, tədbirlər görüləcək. Gün ərzində əlavə məlumat veriləcək".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.