OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ formatı yay aylarında neft hasilatını ciddi şəkildə artıracaq.
Senzor.az bildirir ki, bu barədə qərar OPEC+ nazirlərinin 29-cu iclasında qəbul olunub.
Videoformatda keçirilən iclasda iyul və avqust aylarında gündəlik əlavə hasilatın 650 min barel təşkil ediləcəyi razılaşdırılıb. İyun ayı üçün bu göstərici 430 min barel təşkil edir.
Qeyd edək ki, OPEC+ bu qərarı mühüm iqtisadi məkanlarda pandemiyaya görə tətbiq edilən lokdaunların aradan qaldırılması və neftayırma zavodlarının mövsümi tələbatının artımı ilə izah edib.
Qeyd edək ki, Avropa Komissiyası artıq bu qərarı alqışladığını bildirib. Qurumun rəhbəri Ursula fon der Lyayen Varşavada mətbuat konfransında çıxış edərkən deyib: "OPEC-in neft hasilatını artırmaq qərarını alqışlayıram. Bu, qiymət sabitliyinə töhfə verəcək".