Azərbaycan, Ermənistan və Rusiya mövqelərini yaxınlaşdırdılar - ÜÇTƏRƏFLİ İŞÇİ QRUPUN MOSKVA GÖRÜŞÜ BAŞA ÇATDI

Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri - Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryanın birgə sədrliyi ilə Moskvada Üçtərəfli İşçi Qrupun növbəti iclası keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Federasiyası hökumətinin saytı xəbər yayıb.

 

“Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini bir araya gətiriblər”, - xəbərdə bildirilir.

 

Baş nazirlərin müavinləri, həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən magistralın Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutları müzakirə ediblər. “Tərəflər Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının liderləri arasında regionda nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər”, - rəsmi məlumatda deyilir.

 

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin həmsədrliyi ilə yaradılan İşçi qrup bundan əvvəl 2021-ci ilin dekabrında bir araya gəlmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.