İranda aerokosmik texnika və aeronavtika sahəsində tanınmış alim və pilotsuz uçan aparatların (PUA) hazırlanması ilə məşğul olan doktor Əyyub Ənsarinin meyiti aşkarlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ilkin məlumata əsasən, alim “qidadan zəhərlənərək” ölüb.
Əyyub Ənsarinin zəhərləndiyi ehtimal edilir.
Onun ölümündə İsrail MOSSAD-ının adı da hallanır. Ancaq rəsmi Tehran hadisə ilə bağlı hələ ki açıqlama verməyib.
Məlumata görə, Ənsari 2017-ci ildə aeronavtika və mexanika üzrə fəlsəfə doktoru dərəcəsini bitirib, Yəzd şəhərindəki elmi mərkəzdə raket texnologiyasının və pilotsuz uçuş aparatlarının inkişafı sahəsində işləyib.