Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə iyunun 6-da Türkiyəyə səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.