Türkiyədə zərbə PUA-ları üçün "hava-hava" tipli raketlər hazırlanır

 Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK) mütəxəssisləri, xüsusilə "Akıncı" zərbə pilotsuz uçuş aparatlarına (PUA) inteqrasiyası planlaşdırılan “hava-hava” tipli raketlərin yaradılması layihəsini həyata keçirir.

 

Senzor.az bildirir ki, TÜBİTAK-ın Müdafiə Sənayesi Tədqiqat İnstitutunun direktoru Gürcan Okumuş "Anadolu"ya müsahibəsində yeni sursatların gələcəkdə digər PUA-lara da inteqrasiya oluna biləcəyini söyləyib.

 

"Hava-hava raketləri insanlı və pilotsuz təyyarələr üçün vacibdir və çox vaxt hədəfləri uzaq məsafədən vuran "hava qılıncları" adlanır. Ölkələr bu cür yüksək texnoloji həlləri bir-birilərinə ixrac etmək istəmirlər və bəzən bunu ümumiyyətlə etmirlər", - o bildirib.

 

Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesində ciddi irəliləyişlər əldə edib və artıq əhəmiyyətli texnologiyalara malikdir.

 

“Türkiyə bəzi sahələrdə ilk 5-liyə, bəzilərində isə ilk onluğa daxildir”, - deyə Okumuş vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.