Ukrayna Silahlı Qüvvələrində 37 min qadın xidmət edir, onlardan mindən çoxu artıq komandir olub.
Senzor.az Ukrayna Prezidenti Ofisinin rəsmi saytına istinadən bildirir ki, bunu ölkənin birinci xanımı Yelena Zelenskaya Brüsseldə keçirilən “Münaqişələrdə qadınlar” beynəlxalq konfransında videoformatda iştirak edərkən deyib.
“Bizim həkimlərin əksəriyyəti qadınlardır. Sahibkarlarımızın 50 faizi qadınlardır və onlar iqtisadiyyatı inkişaf etdirmək üçün çalışırlar. Ukrayna Silahlı Qüvvələrinin sıralarında 37 min qadın var. Artıq mindən çox qadın komandir olub”, - deyə birinci xanım bildirib.
Zelenskaya vurğulayıb ki, ukraynalı qadınları “passiv qurban” adlandırmaq olmaz, çünki onların hər birinin özünəməxsus müqavimət tarixi var.
“Bizim qadınlarımız həyatlarının hər günü qələbəni yaxınlaşdıran super qəhrəmanlardır”, - deyə Zelenkaya vurğulayıb.