ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək”, - məlumatda qeyd olunub.
Karen Donfridin iyunun 15-i və 16-da Azərbaycanda olacağı və bir sıra rəsmi görüşlər keçirəcəyi planlaşdırılır.
Dövlət katibi köməkçisinin iyunun 17-də Gürcüstana, 18-də isə Ermənistana səfəri planlaşdırılıb.