ABŞ Prezidenti Cozef Baydenin Səudiyyə Ərəbistanı və İsrailə səfər planları qüvvədədir. Səfərin yeganə mövzusu neft hasilatı olmayacaq.
“Haber Global” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.
Jan-Pyer Ağ Evdə təşkil etdiyi mətbuat konfransında Baydenin gələn ay Səudiyyə Ərəbistanı və İsrailə səfər edəcəyi ilə bağlı iddialara cavab verib: "Hazırda bir səfəri təsdiqləyə bilmirəm. İsrail və Səudiyyə Ərəbistanı üçün səyahət planları qurmağa davam edirik. Bu, Baydenin Yaxın Şərq liderləri ilə görüşü üçün fürsət olacaq”.
Ağ Evdə jurnalistlərin səfərin əsas məqsədinin neft hasilatı olub-olmayacağı ilə bağlı sualına Jan-Pyer "Səudiyyə Ərəbistanına səfəri ancaq neft istəmək kimi düşünmək düzgün olmaz", - deyib.
Jan-Pyer jurnalistlərdən birinin "ABŞ-da neft qiymətləri rekord qırdığı halda, Səudiyyə Ərəbistanı səfərinin əsas mövzusunun neft olmadığı nə dərəcədə doğrudur", - sualına "Əlbəttə, biz enerji məsələsini Səudiyyə Ərəbistanı ilə yanaşı, digər neft istehsalçıları ilə də müzakirə edəcəyik. OPEC+ qrupunda konsensusun əldə edilməsində Səudiyyə Ərəbistanının oynadığı aparıcı rolu alqışlayırıq", - cavabını verib.