Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı bir saatlıq təxirə salınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, buna səbəb haker hücumları olub.
Qeyd edilir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun sistemlərinə, o cümlədən akkreditasiyaya kütləvi "DDoS" hücumları dünən başlayıb.