Şahin Mustafayev Sankt-Peterburq Forumunda iştirak edib

İyunun 15-17-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək məqsədilə Rusiyaya səfər edib.

 

Senzor.az bildirir ki, nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Ehtiyatları Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər qurumların səlahiyyətli nümayəndələrindən ibarətdir.

 

Səfər çərçivəsində Rusiya Federasiyası Hökuməti sədrinin birinci müavini Andrey Belousov, Hökumət sədrinin müavini Aleksey Overçuk, Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim Oreşkin, sənaye və ticarət naziri Dmitri Manturov, Sankt-Peterburq şəhər Administrasiyasının Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev ilə görüşlər keçirilib.

 

Nümayəndə heyəti forumun işi və tədbir çərçivəsində müxtəlif pavilyonlar ilə tanış olub, habelə bir sıra digər görüşlər keçirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.