Türkiyə daha bir dronunu uğurla sınaqdan keçirdi – “ŞİMŞEK”

Türkiyənin “ŞİMŞEK” dronu uğurla sınaqdan keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir sosial şəbəkə hesabında məlumat verib.

 

Türkiyə istehsalı olan ANKA pilotsuz uçuş aparatına (PUA) inteqrasiya edilən “ŞİMŞEK” qarşıya qoyulan məqsədlərə uğurla nail olub.

 

TUSAŞ şirkəti tərəfindən hazırlanan pilotsuz təyyarə havada 45 dəqiqəyə qədər qala bilir. Maksimal uçuş məsafəsi 70 km-dir. “ŞİMŞEK” pilotsuz uçuş aparatı yerli silah sistemlərini sınaqdan keçirərkən ehtimal olunan düşmən hədəfi kimi çıxış etmək də daxil olmaqla müxtəlif vəzifələr üçün nəzərdə tutulub.

 

İsmayıl Dəmir qeyd edib ki, Türkiyə hərbi-sənaye kompleksi innovativ texnologiyaların inkişafını davam etdirir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.