Moldova Prezidenti Mayya Sandu ölkə ərazisində Rusiyanın xəbər proqramlarının qadağan edilməsi barədə qanun imzalayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Moldova Televiziya və Radio Şurasının sədri Liliana Vitsu deyib.
Liliana Vitsu bildirib ki, qanun gələn həftənin cümə günü dərc olunacaq və dərc olunduqdan sonra qüvvəyə minəcək.
Qanunda dezinformasiyaya dair də sərt tələblər müəyyənləşib. Əgər KİV-in dezinformasiya yaydığı təsdiqini taparsa, 7 il lisenziyadan məhrum ediləcək.