İsrailin Səhiyyə Nazirliyi ölkədə koronavirusun yeddinci dalğasının başladığını elan edib.
“İnterfaks” bildirir ki, bununla bağlı yerli xəstəxanalarda koronavirus şöbələri yenidən açılır.
Həmçinin, ölkədə karantin tədbirlərinin gücləndirilməsi istisna edilmir.
Səhiyyə Nazirliyinin məlumatlarına görə, hazırda 47 min nəfərə yaxın insan virusa yoluxub ki, onlardan 572 nəfər xəstəxanalara yerləşdirilib, qalanları isə ev şəraitində müalicə olunur.
Ümumilikdə, dünyada pandemiya başlayandan bəri İsraildə 4,2 milyondan çox yoluxma halı aşkarlanıb və onlardan 10,8 min nəfəri dünyasını dəyişib.