Yanvar-may aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 9 milyard 613,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Senzor.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bu göstərici 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 milyard 943,6 milyon dollar çoxdur.
Beş ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 797,4 milyon dollara yaxın olub.