Ərdoğan Consonla danışdı – UKRAYNA TAXILINI TƏHLÜKƏSİZ NECƏ DAŞIMAQ OLAR?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı aparıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsindən məlumat verilib.

 

Qeyd olunub ki, Türkiyə-Britaniya əməkdaşlığının vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Həmsöhbətlər müdafiə sənayesində əməkdaşlıq mövzusuna diqqət yetiriblər.

 

Regional proseslər, o cümlədən Ukraynadakı müharibə mövzusu da müzakirə edilib.

 

Ərdoğan taxılın Ukrayna limanlarından təhlükəsiz ixracı məsələsinin məcburi həllinin vacibliyini vurğulayıb.

 

Bu arada məlum olub ki, Ukrayna limanlarından taxılın çıxarılması ilə bağlı İstanbulda vacib görüş keçiriləcək.

 

Görüşdə Türkiyə, Rusiya, Ukrayna və BMT rəsmilərinin iştirak edəcəyi planlaşdırılır.

 

Qeyd edək ki, Rusiyanın hücumu nəticəsində Ukraynadan taxılın tədarük edilməsində problemlər yaranıb. Türkiyə taxılın ixracı üçün Rusiya, Ukrayna və BMT ilə danışıqlar aparır.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.