Rusiyada Üçtərəfli İşçi Qrupun növbəti iclası keçirilib

Rusiyanın Sankt-Peterburq şəhərində Qarabağda regional kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupun iclası keçirilib.

 

Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bu barədə  Üçtərəfli İşçi Qrupun Ermənistandan olan həmsədri, baş nazirin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib.

 

Qeyd olunub ki, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüşüblər.

 

Xatırladaq ki, iyunun 4-də Moskvada Ermənistan, Azərbaycan və Rusiya baş nazirləri müavinlərinin sədrliyi ilə regionda nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupunun iclası keçirilib. Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, habelə avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Ermənistan və Azərbaycan ərazilərindən təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini yaxınlaşdırıblar.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.