Dünyanın yeddinci kosmik dövləti peyda olub. Belə ki, Cənubi Koreya ilk dəfə öz istehsalı olan raketlə kosmosa peyk buraxmağı bacarıb.
Lenta.ru bildirir ki, bununla da, ölkə ABŞ, Rusiya, Fransa, Çin, Yaponiya və Hindistanla birlikdə orbitə bir ton və ya daha çox çəkiyə malik peyk çıxara bilən dövlətlər sırasına daxil olub.
Qeyd edək ki, “Korea Space Launch Vehicle 2” (KSLV-2) daşıyıcısının buraxılışı Naro kosmodromundan baş tutub. Raket bir neçə peyki uğurla Yerin orbitinə çıxarıb.