Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğla vilayətinin Marmaris rayonunda yanğın baş verən əraziyə baxış keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, helikopterlə ərazini gəzən Türkiyə dövlətinin başçısını ölkənin daxili işlər naziri Süleyman Soylu müşayiət edib.
Xatırladaq ki, iyunun 21-i axşam saatlarından başlayaraq Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda yerləşən meşəlik ərazilərdə yanğın başlayıb. Yaşayış ərazilərindən təqribən 3-4 kilometr kənarda baş verən yanğının söndürülməsi işləri davam etdirilir.
Bölgədə 30-a yaxın evin sakinləri təxliyə edilib.
Təxminən 250 hektar ərazini əhatə edən yanğının baş verdiyi bölgəyə gedən yollar nəzarət altına alınıb, əraziyə girişlər qadağan olunub.