İran Prezidenti Rusiyanın XİN başçısını belə qəbul etdi - NƏDƏN DANIŞIBLAR?
YENİLƏNİB

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisi dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

 

Artıq bəzi yerli və xarici KİV-lər danışıqların mahiyyəti barədə bəzi məqamları qeyd ediblər. 

 

Məsələn, bildirilir ki, İ.Rəisi Xəzər dənizində (Xəzəryanı dövlətlər - Azərbaycan, İran, Qazaxıstan, Russiya və Turkmənistan) başqa ölkələrin hərbçilərinin təlimlərdə iştirakının qadağan olduğuna diqqət çəkib.

 

İran Prezidenti, həmçinin vurğulayıb ki, ABŞ-ın müstəqil ölkələrə tətbiq etdiyi iqtisadi təzyiqlər və sanksiyalarla mübarizənin ən təsiredici yolu İran və Rusiya arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsidir.

 

Rusiya-Ukrayna müharibəsinə toxunan İ.Rəisi qeyd edib ki, onun başlanmasında əsas amil ABŞ və NATO-nun vəziyyəti qızışdırması olub.

 

**00:31


İran Prezidenti İbrahim Rəisi iyunun 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib. 

Senzor.az xatlrladır ki, Rusiyanın xarici işlər naziri çərşənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın dəvəti ilə İran paytaxtına gəlib.

 

İran Prezdenti ilə S.Lavrovun danışıqları barədə əlavə məlumat verilməyib.

 

Amma ondan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nazir S.Lavrovun iyunun 22-23-də Tehranda işgüzar səfərdə olacağını bildirmişdi.

 

M.Zaxarova onu da qeyd etmişdi ki, danışıqlar zamanı bir sıra aktual beynəlxalq məsələlər, o cümlədən İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyət, Ukraynada, Suriyada işlərin vəziyyəti, Əfqanıstan, Zaqafqaziya, Yəmən və Xəzər dənizi ətrafında fikir mübadiləsi aparılacaq.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.