Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq iyunun 24-də Zəngilana səfər ediblər.
Senzor.az bildirir ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərin məqsədi Zəngilan rayonunda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olmaqdır.
Sayca 4-cü olan birgə səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir.