Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu Xersonda bir sıra uğursuz əməliyyatlar və itkilərə görə vəzifəsindən azad etmək niyyətindədir.
Senzor.az bildirir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Məlumata görə, Xersondakı uğursuzluqlar və itkilər səbəbindən Bakanov Zelenskinin gözündən düşüb.
Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Bakanov Zelenskiyə yaxın adamlar tərəfindən tənqid atəşinə tutulur. Onlardan biri bu günlərdə KİV-ə açıqlamasında deyib: “Onun idarəçiliyi bizi qane etmir, çünki indi böhran idarəçiliyi bacarıqlarına ehtiyacımız var, bizim fikrimizcə, onda bu keyfiyyətlər yoxdur”.
Yerli mətbuat yazır ki, İ.Bakanov da Zelenskiyə yaxın adamdır - uşaqlıq dostudur. Bakanov əvvələr Zelenskinin qərargahına rəhbərlik edib və Ali Rada ilə qarşılıqlı əlaqəyə cavabdeh olub. Sonradan Zelenski dostuna daha məsul postu-UTX-ya rəhbərliyi etibar etdi. Amma... görünən odur ki, indi onu müharibə dönəmində vəzifəyə daha uyğun olan biri ilə əvəz etmək məcburiyyətində qalıb.