ABŞ Prezidenti Co Bayden G7-nin zirvə görüşündə iştirak etmək üçün Almaniyanın Münhen şəhərinə gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri “Tvitter” hesabında özü yazıb.
“Təyyarəmiz Almaniyaya enib, G7-ni gözləyirik. Mən ölkələrimizin ümumi dəyərləri və prioritetləri: iqlim, inkişaf infrastrukturu, qlobal sağlamlıq təhlükəsizliyi, gələcək onilliklər üçün iqtisadiyyat və texnologiya qaydalarının formalaşdırılması haqqında danışmağı səbirsizliklə gözləyirəm”, - deyə Bayden qeyd edib.
Səfər çərçivəsində Prezidentin ilk görüşü kansler Olaf Şoltsla olacaq. Bundan sonra Bayden ayrı-ayrı siyasətçilərlə qlobal problemləri müzakirə edəcək.
Xatırladaq ki, G7 ölkələrinin liderlərinin görüşü iyunun 26-28-də Almaniyanın cənubundakı Elmau qəsrində baş tutacaq. Üç gün davam edəcək danışıqların əsas mövzusunun Ukraynadakı vəziyyət və anti-Rusiya sanksiyaları ilə bağlı olacağı gözlənilir.