İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi iyunun 29-da Aşqabad şəhərinə səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın Prezident Administrasiyası məlumat yayıb.
Məlumatda deyilir ki, Prezident Xəzəryanı dövlət başçılarının Aşqabadda keçiriləcək zirvə görüşündə iştirak edəcək.
Səfər çərçivəsində Prezident İbrahim Rəisinin Xəzəryanı dövlət başçıları ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.