İyulun 1-də Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş olacaq.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər arasında görüş Avstriyanın paytaxtı Vyanada olacaq.
Xatırladaq ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında danışıqların bundan əvvəlki ikinci və üçüncü raundları (24 fevral və 3 may) da Vyanada keçirilib.