Ərdoğan Madriddə İsveç və Finlandiya liderləri ilə görüşdü – NATO BAŞ KATİBİNİN TƏŞƏBBÜSÜ İLƏ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitində iştirak üçün səfər etdiyi İspaniya paytaxtında Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdelena Anderssonla görüşüb.

 

Məlumatı “Haber Global” yayıb.

 

Danışıqlar NATO-nun Baş katibi Yens Stoltenberqin təşəbbüsü ilə gerçəkləşib.

 

Görüşdən əvvəl jurnalistlərə açıqlamalar verən Alyans rəhbəri bugünkü dördtərəfli görüşdə irəliləyiş əldə edəcəklərnə ümidli olduğunu, NATO-ya daxil olacaq ölkələrin bütün müttəfiqlərin təhlükəsizliyini nəzərə almalı olduqlarını bəyan edib. O, həmçinin taxıl böhranı ilə bağlı səylərinə görə Türkiyəyə minnətdarlıq edib.

 

Qeyd edək ki, toplantı mətbuata qapalı keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.