İsrailin Baş naziri siyasətdən gedir
AİLƏSİNİN TƏLƏBİ İLƏ

İsrailin Baş naziri Naftali Bennet qarşıdan gələn parlament seçkilərində iştirak etməmək və siyasətdən getmək qərarına gəlib.

 

Bu barədə “Newsru.co.il” portalı xəbər yayıb.

 

Bennetin Baş nazir səlahiyyətinin müddəti başa çatdıqdan sonra siyasətdən getmək niyyətindən ilk öncə “Yamin” Partiyasının deputatları məlumatlı olublar.

 

İsrailin Baş naziri bu qərarı 24-cü Knessetin buraxılmasından və onu müşayiət edən şəxslər və müşavirləri ilə görüşdən sonra verib. Portal qeyd edib ki, Bennett ailəsi tərəfindən təzyiqlərə məruz qalıb və yaxınları onu siyasətdən getməyə çağırıblar.

 

Bennettin mətbuata açıqlama verəcəyi gözlənilir.

 

Qeyd edək ki, Naftali Bennetin rəhbərlik etdiyi “Bayt Yehudi” Partiyası Knessetə ilk dəfə 2013-cü ildə namizəd olub və 12 mandat qazanıb. Partiya 2015-ci ildə səkkiz mandat qazanıb. 2019-cu il seçkilərindən əvvəl Bennet və “Beyt Yehudi”nin nümayəndələri tədricən “Yamin” blokuna çevrilən A-İamin a-Xadaş” Partiyasını yaradıblar.

 

Bennet 2021-ci ildə keçirilən seçkilərdən sonra İsrail hökumətinin sədri olub. Sonra o, vədlərə baxmayaraq, sol qüvvələrlə koalisiya yaradıb. Nəticədə bir sıra deputatlar onun partiyasını tərk edib və Bennetin Baş nazirliyi dövründə bir çox müşavirlər ondan uzaqlaşıb.

 

“Report” xatırladır ki, iyunun 21-də İsrail hakimiyyətinin Knesseti buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarına gəldiyi məlum olub. Bu, son üç ildə beşinci parlament seçkiləri olacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.