ABŞ Türkiyəyə “F-16” qırıcılarının tədarükünü vəd edib
PREZİDENTLƏRİN MADRİD GÖRÜŞÜNDƏ

ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində görüş zamanı Ankaraya “F-16” qırıcılarının tədarükü məsələsini müzakirə ediblər. 

 

Məlumatı NTV yayıb.

 

Danışıqlar zamanı ABŞ lideri Türkiyədən olan həmkarına sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib.

 

Məlumatı respublikaçı senator Qrem Lindsi də təsdiq edərək bəyan edib ki, Türkiyəyə “F-16”ların satışını dəstəkləyirlər.

 

“Türkiyənin aviasiya imkanlarının yenilənməsi Türkiyəyə, ABŞ-a, NATO-ya və regional təhlükəsizliyə fayda verəcək”, - deyə Qrem Lindsi vurğulayıb.

 

Ekspertlər bildirirlər ki, söhbət 40 yeni “F-16 Block 70” qırıcısından və Türkiyənin mövcud təyyarələrinin təkmilləşdirilməsi üçün 80-ə yaxın komplektdən gedir. Ağ Evdən verilən rəsmi açıqlamalara görə, Bayden və Ərdoğan Ankaraya F-16-ların tədarükü məsələsini həqiqətən müzakirə ediblər, lakin ABŞ-ın Prezident Administrasiyası Baydenin hər hansı vədi faktını hələ təsdiqləməyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.