Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradılır
İSRAİLİN DƏSTƏYİ İLƏ

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir.

 

Senzor.az bildirir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi məlumat yayıb.

 

Məlumata görə, səfər çərçivəsində qurumun yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Universiteti arasında müqavilə imzalanıb.

 

Müqaviləyə əsasən fəaliyyətə başlayacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1 000-dən çox peşəkar mütəxəssisin hazırlanmasını həyata keçirəcək.

 

Proqram çərçivəsində tədrisi Bakıda “Technion” Universitetinin professor-müəllim heyəti aparacaq. Bu yaxınlarda proqrama qəbulun elan olunması nəzərdə tutulur.

 

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əsas üstünlüklərindən biri kibertəhlükəsizlik üzrə mütəxəssislərlə yanaşı, yerli təlimçilərin hazırlanmasıdır. Mərkəzdə təlimçilərin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq və bu istiqamətdə olan çatışmazlıqlar tamamilə aradan qaldırılacaq.

 

“Technion” Universitetinin qabaqcıl təhsil təcrübəsi və imkanlarının Azərbaycana gətirilməsi kibertəhlükəsizlik üzrə milli insan kapitalının formalaşmasına önəmli töhfə verəcək. Mərkəzdə tədris ingilis dilində həyata keçirilməklə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları üçün əlçatan olacaq. Məzunlara “Technion” Universitetinin sertifikatı təqdim olunacaq.

 

“Bu gün “Technion” Universiteti ilə birgə ölkəmiz üçün vacib sahələrdən biri - kibertəhlükəsizlik üzrə əməkdaşlığın bünövrəsini qoyduq. Ali məktəbin metodikası əsasında təşkil olunmuş proqram üzrə təhsil alacaq tələbələr əmək bazarına rəqabətli mütəxəssislər kimi hazırlanacaq.

 

Çox məmnunuq ki, dünyanın ən qabaqcıl təhsil müəssisələri və bilik mərkəzlərindən biri olan “Technion” Universiteti ilə tərəfdaşlıq quraraq kibertəhlükəsizlik sahəsi üzrə beynəlxalq bilik və təcrübəni ölkəyə gətiririk!”, - deyə R.Nəbiyev qeyd edib.

 

“Technion” Universitetinin prezidenti, professor Uri Sivan sözügedən əməkdaşlığın qurulmasından çox məmnun olduğunu, gələcəkdə onun daha da genişləndirilməsinə ümid etdiyini bildirib: “Təsis etdiyimiz yeni Mərkəz Azərbaycanın informasiya təhlükəsizliyini dəstəkləyən vacib bir layihədir və hazırlanan mütəxəssislər nəinki Azərbaycanda, eləcə də regionda sahənin inkişafına töhfə verəcəklər”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.