İsveç 73 terrorçunu Türkiyəyə ekstradisiya etməyə söz verib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid Sammitindən sonra keçirilən mətbuat konfransı zaman deyib.
O qeyd edib ki, bundan əvvəl 60 terrorçunun Türkiyəyə göndərilməsi müzakirə olunub.
Dövlət başçısı əlavə edib ki, Ankara Üçtərəfli Memorandumun müddəalarının icrasını yaxından izləyəcək və gələcək addımlarını işlərin real vəziyyətini nəzərə alaraq atacaq. “Skandinaviya ölkələrinin müraciəti Türkiyə Parlamenti tərəfindən təsdiq edilməsə, NATO-ya qəbul prosesi başa çatmayacaq. Ona görə də Finlandiya və İsveç öz öhdəliklərini yerinə yetirməlidirlər. Bu ölkələr PKK, YPG və FETÖ terrorçularına qapıları bağlamalıdırlar. Milli qanunvericilikdə lazımi dəyişikliklər edilməlidir. Bunlar yerinə yetirilməsə, inciməsinlər. Biz müvafiq addımlar atacağıq. Bu vədlər yerinə yetirilməsə, o zaman məsələ Türkiyə parlamentində müzakirə olunmayacaq”, - deyə Ərdoğan vurğulayıb.