Qarabağ separatçılarının 1990-cı illərdən Moskvada fəaliyyət göstərən Rusiyadakı daimi nümayəndəliyi tezliklə bağlanacaq.
Senzor.az bildirir ki, Ermənistanın “Hraparak” qəzeti bu xəbəri bu gün əlavə təfərrüata varmadan yayıb.
Separatçıların daimi nümayəndəliyinin bağlanması ilə bağlı məlumatlar erməni mətbuatında əvvəllər də yer alıb, amma sonradan hər dəfə təkzib edilib.
Məsələyə münasibət bildirən haqqin.az yazır ki, son vaxtlar Moskva Ermənistan-Azərbaycan nizamlanmasına münasibətdə ədalətli mövqe nümayiş etdirməyə başlayıb: “Rəsmi Bakının haqlı etirazına səbəb olan separatçıların nümayəndəliyinin bağlanması isə Kremlin Azərbaycanla müttəfiqlik əməkdaşlığı çərçivəsində yeni strategiyasına uyğun gəlir.
Qeyd edək ki, hətta Kremlin əsas təbliğatçısı Vladimir Solovyov "Qarabağın xarici işlər naziri"kimi təqdim etdiyi separatçı David Babayanı efirə dəvət etdikdən sonra rəsmi Bakıdan üzr istəyib. Onun sözlərinə görə, o, öz hərəkətləri ilə "dünya siyasətində mühüm rol oynayan Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirib"".
Senzor.az