Özbəkistan Prezidenti iğtişaşlar olan bölgəyə getdi və qərar verdi
QARAQALPAQLA BAĞLI KONSTITUSIYAYA DƏYIŞIKLIK EDİLMƏYƏCƏK

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dünən iğtişaşların baş verdiyi Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukus şəhərinə gedib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident təyyarəsindən başqa, daha bir hökumət təyyarəsi də Nukusa uçub.

 

Bundan sonra Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dövlət başçısı Şavkat Mirziyoyev bölgədə baş verən iğtişaşlardan sonra konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib.

 

Xatırladaq ki, ötən gün Özbəkistanın Daxili İşlər Nazirliyi ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar Nukusda qanunsuz nümayişin keçirildiyi barədə məlumat yayıb. Məlumata görə, ictimai qaydanın pozulması halları və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib.

 

Hüquq-mühafizə orqanları iğtişaş təşkilatçılarından bir qrupunu saxlayıblar. Qanunsuz nümayişin ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində edildiyi qeyd olunur.

 

"Özbəkistan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi iyunun 25-də ictimai müzakirə üçün parlament nəşrlərində dərc olunub. Parlamentin qərarına əsasən, layihənin müzakirəsi iyulun 5-dək davam edəcək, bundan sonra layihə referenduma çıxarılacaq. Qanun layihəsində konstitusiyanın 64 maddəsinə 200-dən çox dəyişiklik nəzərdə tutulur. Onların arasında Özbəkistan Prezidentinin səlahiyyət müddətinin beş ildən yeddi ilədək uzadılması, ölüm hökmünün qadağan edilməsi, ölkə vətəndaşının xarici dövlətə ekstradisiyasının qadağan edilməsi ilə bağlı bənd var.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.