Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə İran İslam Respublikasına yola düşüb.
Senzor.az bildirir ki, bu barədə XİN-in mətbuat xidməti “Tvitter”də məlumat yayıb.
**23:32(03.07.2022)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah Tehrana səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Səfər İran tərəfinin dəvəti ilə baş tutacaq.
Azərbaycan xarici işlər nazirinin İran Prezidenti İbrahim Rəisi, iranlı həmkarı Hüseyn Əmir Abdollahian, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və hökumət üzvləri ilə görüşləri gözlənilir.
C Bayramov İran rəsmiləri ilə görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, eləcə də regionda və dünyada baş verən proseslər barədə müzakirələr aparacaq.
Senzor.az