İranın Ali Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxani iyulun 7-də Ermənistanda işgüzar səfərdə olacaq.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Ə.Şamxani Ermənistanda bir sıra rəsmi şəxslərlə yanaşı, ölkənin baş naziri Nikol Paşinyanla da görüşəcək.
Məlumatda o da vurğulanır ki, Ermənistandan sonra Ə.Şamxani digər Qafqaz respublikalarına da səfər edəcək.