Rusiya Qazaxıstan neftinin yolunu bağladı: - NUR-SULTANDA HÖKUMƏT TƏCİLİ TOPLANTI KEÇİRDİ

Qazaxıstan hökuməti Xəzər Boru Kəmərinin fəaliyyətinin dayandırılması qərarından sonra fövqəladə iclas keçirib.

 

Məlumatı TRT yayıb.

 

Qazaxıstan Baş Naziri Aparatından verilən açıqlamaya görə, iclasda ölkə neftinin ixracına qoyulan məhdudiyyətin dövlət büdcəsinə vuracağı zərərin minimuma endirilməsi üçün lazımi tədbirlər müzakirə edilib.

 

Xatırladaq ki, Rusiya Məhkəməsi Xəzər Kəməri vasitəsilə Qazaxıstan neftini Qara dənizdəki Novorossiysk limanına daşıyan boru kəmərinin istismarını 30 gün müddətinə dayandırmaq qərarına gəlib.

 

Daha əvvəl mövcud texniki problemlərin həlli üçün noyabrın 30-na qədər vaxt verilsə də, regional nəqliyyat tənzimləyicisi iyulun 6-da terminalın dərhal bağlanmasını tələb edib.

 

Bununla belə, Konsorsium qərardan şikayət edəcəyini bildirib.

 

“Xəzər Kəməri” Konsorsiumu Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində fəaliyyət göstərir və məhkəmə qərarlarını icra etməyə məcburdur. Bu qərardan qanunvericiliyə uyğun olaraq apellyasiya şikayəti veriləcək”, - deyə şirkətdən bildirilib.

 

Qeyd edək ki, Qazaxıstan neftinin 80 faizini bu boru kəməri ilə ixrac edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.