İran cümə günü Xəzər dənizində “Dayanıqlı Təhlükəsizlik 1401” adlı hərbi təlimə başlayıb.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, İran Hərbi Dəniz Qüvvələri komandanının müavini Həmzə Əli Kaviani bildirib ki, İslam Respublikası hər il Xəzər dənizində “Davamlı təhlükəsizlik” adlı hərbi təlimlər keçirir.
Onun sözlərinə görə, bu il manevrlərdə raket daşıyan gəmilər, helikopterlər və pilotsuz təyyarələr iştirak edir.
Kaviani bildirib ki, təlimlərin məqsədi hərbi birləşmələrin qarşılıqlı fəaliyyətinin işlənib hazırlanması və təcrübə mübadiləsidir.
Xəzər dənizini qonşu ölkələr arasında “sülh və dostluq dənizi” olaraq xarakterizə edən Kaviani “Bu dənizin nizamını və təhlükəsizliyini heç kimin pozmasına imkan verməyəcəyik” deyə bəyan edib.