FHN Bərdədə xüsusi təyinatlı mexanikləşdirilmiş alay yaratdı - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Bərdə rayonunda xüsusi təyinatlı mexanikləşdirilmiş alayı yaradılıb.

 

Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.

 

Qeyd olunub ki, bu addım nazirliyin icra etdiyi minatəmizləmə əməliyyatlarının sürətləndirilməsi məqsədi daşıyır.

 

Bildirilib ki, dövlət başçısının diqqət və qayğısı ilə alay ərazilərin minalardan təmizlənməsi üçün qısa müddətdə ən müasir avadanlıq və cihazlarla təchiz edilib və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir. Eyni zamanda alayda xidmət edən əməkdaşlar bu sahədə beynəlxalq kurslarda iştirak edib, akkreditasiyadan keçiblər. Həmçinin minatəmizləmə əməliyyatlarına xüsusi təlim keçmiş minaaxtaran itlər də cəlb olunub.

 

İyulun 8-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bərdədə yeni yaradılmış xüsusi təyinatlı mexanikləşdirilmiş alayda olub. Nazir minatəmizləmə işlərində istifadə olunan avadanlıq və cihazlara baxış keçirib, alayda xidmət üçün yaradılan şəraitlə yerində tanış olub, müvafiq tapşırıqlar verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.