“Azərbaycan Dəmir Yolları”nda yoxlamalar başladı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlaması aparılır.

 

“Unikal”ın məlumatına görə, hazırda QSC-nin maliyyə fəaliyyəti araşdırılır.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən sayta bildirilib ki, korporativ idarəetmə standartlarına uyğun olaraq “Azərbaycan Dəmir Yolları” QSC-də Müşahidə Şurası və Audit Komitəsi formalaşdırılıb: “Beynəlxalq standart və milli qanunvericiliyin tələblərinə uyğun olaraq böyük dördlüyə daxil olan şirkətlərdən biri kənar audit olaraq cəlb edilib və hazırda prosesdədir. Beynəlxalq mühasibat uçotu tələblərinə uyğun olaraq hazırlanan hesabat təsdiq olunduğu zaman ictimaiyyətə məlumat veriləcək və təşkilatın rəsmi internet səhifəsində yerləşdiriləcək”.

 

Qeyd edək ki, quruma 2015-ci ildən bu ilin 24 may tarixinədək Cavid Qurbanov rəhbərlik edib. Dövlət başçısının sərəncamı ilə C.Qurbanov 2 ay əvvəl həmin vəzifədən azad edilərək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub. Onun yerinə isə hələlik təyinat olmayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.