Yaponiya sabiq Baş nazirinin qətli ilə bağlı yeni detallar – QATİL CİNAYƏTİN ƏSL MOTİVİNİ AÇIQLADI

Yaponiyanın sabiq baş naziri Şinzo Abeyə atəş açan Nara prefekturasının 41 yaşlı sakini Tetsuya Yamaqami istintaq zamanı törətdiyi cinayətin əsil motivini açıqlayıb. Onun bu məqsədlə partlayıcı qurğu hazırladığı da qeyd edilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə təhqiqat orqanındakı mənbə iyulun 10-da məlumat verib. 

 

Həmçinin, T.Yamaqaminin bir neçə odlu silah hazırladığını etiraf etdiyi də qeyd edilir. Nara polisinin onun evində apardığı axtarış zamanı bir neçə əldə düzəltmə silah və partlayıcı qurğu üçün detallar müsadirə olunub.

 

Qətldə şübhəli bilinən T.Yamaqami bazar günü prokurorluq orqanlarına təhvil verilib.

 

Cinayət hadisəsinin motivlərinə gəlincə, T.Yamaqami bildirib ki, anası tərəfindən bir dini təşkilata böyük məbləğdə ianə verilib. Bu, onda həmin qrupa qarşı böyük nifrət yaradıb. Onun qənaətinə görə, Şinzo Abe həmin qrupla əlaqəli olub.

 

T.Yamaqaminin sözlərini sitat gətirən mənbə bildirib ki, o, əvvəlcə həmin dini qrupun rəhbərinə hücum etmək istəyirmiş, amma sonradan fikrini dəyişərək Ş.Abeyə atəş açıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.