Sacid Cavid də Britaniyada baş nazir postu uğrunda mübarizəyə qoşuldu

Böyük Britaniyanın sabiq səhiyyə və sosial qayğı naziri Sacid Cavid də baş nazir vəzifəsi uğrunda gedən yarışa qoşulub.

 

Sacid Cavid “Sunday Telegraph” qəzetinə müsahibəsində baş nazir seçiləcəyi təqdirdə vergiləri azaldacağını bildirib.

 

O, eyni zamanda, yanacaq xərclərini azaldacağına vəd verib.

 

“Mənə görə həm yaşayış xərcləri, həm də, ümumdaxili məhsulun az olması məsələsi qarşıda duran əsas çağırışdır. İdarəetməyə ilk gündən iqtisadi planı olan şəxs lazımdır” – deyə Sacid Cavid vurğulayıb.

 

Qeyd edək ki, Britaniyanın baş naziri Boris Conson vəzifəsindən istefa verib.

 

O, cinsi zorakılıqda ittiham olunan şəxsi Nazirlər Kabinetində vəzifəyə təyin etdiyi üçün etirazlarla üzləşmişdi.

 

Hakim mühafizəkar partiyasının bir neçə üzvü baş nazir postuna iddialı oldğunu açıqlayıb.

 

Onların arasında keçmiş və indki nazirlər Ceremi Hant, Rişi Sunak, Liz Trass, eyni zamanda, digər dövlət rəsmiləri – İngiltərə və Uelsin baş prokuroru Suella Braverman, xarici işlər komitəsinin sədri Tom Tuqendhat da var.

 

Real.TV xatırladır ki, rəy sorğusunda baş nazir postuna sahib olma şansı yüksək olan şəxslərdən biri - müdafiə naziri Ben Uolles yarışa qoşulmayacağını bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.