"Şabran rayonunun Ağalıq kəndində mülki obyektlər yanğından tam mühafizə edilib".
"Report" xəbər verir ki, bunu FHN-in Şimal Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin rəisi Ramin Vəlixanov bildirib.
O qeyd edib ki, Şabran rayonunda yanğın baş verən ərazidəki sakinlər təxliyə edilib və ərazidəki bütün mülki obyektlər yanğından mühafizə olunub. Vətəndaşların təhlükəsizliyi üçün yanğın baş verən ərazidə müvəqqəti postlar qurulub və giriş-çıxış məhdudlaşdırılıb.
Bildirilib ki, avtomobillərin gediş-gəlişi alternativ yollar vasitəsilə həyata keçirilir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.