Lukaşenko Putinlə danışdı – KRİTİK SÖHBƏT

Belarus Prezidenti Aleksandr Lukaşenko həmkarı Vladimir Putinlə Rusiyanın enerji resurslarının Avropaya tədarükü ilə bağlı məsələləri müzakirə edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb. 

 

Rusiya prezidenti belaruslu həmkarına mövcud vəziyyət barədə ətraflı məlumat verib.

 

O qeyd edib ki, qış dövrü ərəfəsində çoxsaylı çətinliklərə - böyük kəsir və ümumilikdə tədarüklə bağlı ciddi vəziyyətə baxmayaraq, Rusiya öz öhdəliklərini yerinə yetirməyə və Qərbi Avropa ölkələrinin tələbi ilə təbii qaz və digər enerji daşıyıcılarının tədarükünü təmin etməyə hazırdır.

 

Qeyd olunub ki, söhbətin mühüm mövzuları həmçinin Belarus mallarının Sankt-Peterburq limanları vasitəsilə tədarükü və Bronkada Belarus limanının tikintisi olub. Eyni zamanda Kalininqrad tranzitinin blokadası da müzakirə edilib.

 

Prezidentlər postsovet məkanındakı vəziyyətə ətraflı şəkildə toxunub, xüsusi hərbi əməliyyatın gedişatını da müzakirə ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.