Avropa İttifaqı (Aİ) Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə əlavə 4,25 milyon avro ayırır.
Senzor.az bildirir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Tvitter”də yazıb.
“Şadam ki, Aİ ən böyük donor olaraq “ANAMA-nın imkanlarının inkişaf etdirilməsi yolu ilə məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi” layihəsi çərçivəsində Azərbaycana əlavə 4,25 milyon avro ayırır”, - paylaşımda deyilir.
Pleased that as the largest donor is providing additional €4.25 Million to to support demining through the project “Supporting safe return of IDPs through Capacity Building of ANAMA”.
— Toivo Klaar (@ToivoKlaar)