Gürcüstanda səkkiz illik ehtiyatı olan qaz yatağı tapıldı

Gürcüstanda 16 milyard kubmetr həcmində qaz yatağı kəşf olunub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Giorgi Tatişvili “Biznes kursu” verilişinin efirində məlumat verib.

 

Onun sözlərinə görə, ölkədə 16 milyard kubmetr təbii qaz yatağının mövcudluğu təsdiqlənib.

 

Bildirilib ki, təbii qaz yatağı Tbilisi yaxınlığında aşkarlanıb. Yataqda qaz ehtiyatının olduğu “Sklumberger” (Schlumberger) şirkəti tərəfindən təsdiqlənib. Şirkət 2018-ci ildə ölkədə neft-qaz yataqlarının axtarışı ilə məşğuldur.

 

G.Tatişvilinin sözlərinə görə, lisenziyalı sahədə üfüqi istiqamətdə qazma tələb olunur. Yataqda işlərə bu ilin sonunda və ya gələn ilin əvvəlində başlanılması gözlənilir. Yatağın istismarı ölkənin 8 il təbii qaz təminatına şərait yaradacaq.

 

Quyunun istismarını həyata keçirəcək “Blok Enerji” şirkəti köhnə quyularda horizontal qazma işləri də aparır. Bu da qaz hasilatının 80 faiz artmasına səbəb olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.