İranda Putini gözləyirlər - TƏXİRƏ SALINMIŞ ÜÇTƏRƏFLİ GÖRÜŞ REALLAŞIR?

İranda Rusiya Prezidenti Vladimir Putinin gələn həftə Tehrana səfərini gözləyirlər.

 

Senzor.az “Mehr” agentliyinə istinadən bildirir ki, bunu İran parlamentindəki iqtisadi komissiyanın sədri deyib.

 

"Rusiya Prezidenti Vladimir Putin gələn həftə İrana səfər edəcək", - agentlik “Tvitter” səhifəsində yazıb.

 

Səfərin məqsədi ilə bağlı məlumat verilməyib.

 

Amma senzor.az xatırladır ki, Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev hələ ötən ayın sonlarında RİA Novosti-yə müsahibəsində Suriya üzrə Rusiya-Türkiyə-İran sammitinin yayın və ya ilin sonuna qədər baş tuta biləcəyi barədə açıqlama vermişdi. 

 

"Əgər zirvə toplantısı avqustun sonuna qədər keçirilsə, bu yaxşı iş olacaq. Mən başa düşdüyüm qədər, onu daha gec tarixə - bu ilin sonuna təxirə salmaq variantı da ola bilər”, - Lavrentyev bildirmişdi.

 

Daha əvvəl isə İran xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı bəyan etmişdi ki, İranda COVID-19 ilə bağlı epidemioloji vəziyyət yaxşılaşdığından bu ölkədə üç prezidentin təxirə salınmış görüşü ən qısa zamanda keçirilə bilər.

 

Onu da xatırladaq ki, sonuncu dəfə liderlər 2020-ci ilin iyulunda danışıblar, lakin birgə görüş videokonfrans formatında olub.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.