Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əs-Səud arasında telefon danışığı olub.
Senzor.az Prezidentin Kommunikasiya İdarəsinin yaydığı məlumata istinadən bildirir ki, Prezident Ərdoğan və Səudiyyə Ərəbistanı Kralı Salman bir-birilərini Qurban bayramı münasibətilə təbrik ediblər.
Söhbət zamanı liderlər ölkələr arasında münasibətlərin vəziyyətini və digər regional məsələləri müzakirə ediblər.