ABŞ №prezidenti Co Bayden Vaşinqton və Ramallah arasında əlaqələri canlandırmaq üçün fələstinlilərə təxminən 316 milyon dollar yardım ayrılmasını elan edəcək.
Bu barədə adı çəkilməyən rəsmiyə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, Konqresin təsdiqindən sonra yardım paketinə Şərqi Qüdsdəki xəstəxanalar zənciri üçün 100 milyon dollar ayrılacaq. Daha 200 milyon dollar isə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) gedəcək.
Bundan əlavə, ABŞ Prezidenti 2023-cü ilin sonuna qədər dördüncü nəsil 4G mobil şəbəkəsi ilə Fələstin ərazisini əhatə etmək üçün İsrail və Fələstin şirkətləri arasında əməkdaşlığı elan etmək niyyətindədir.